İnformasiya Texnologiyaları İnstitutunda e-dövlət mühitində OLAP texnologiyasının intellektuallaşdırılması üçün metod və alqoritmlər işlənilir.
İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, cari ildə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri istiqamətində elmi tədqiqatlar davam etdirilib. Bu il milli informasiya təhlükəsizliyinin konseptual əsasları və arxitektur-texnoloji modelinin işlənməsi, eləcə də beynəlxalq təcrübə əsasında Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri və s. kimi elmi-nəzəri problemlərin təhlili üzrə araşdırmaların aparılması nəzərdə tutulur.