İngilis dilində olan “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında məqalələr yaradılıb

A- A A+
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda məqalələrin yaradılması prosesi uğurla davam edir. MEK-dən NUHÇIXAN-a bildiriblər ki, ingilis dilində olan “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları Ələkbər Əliyev, Fəxrəddin Şahbazov və Sərxan Ocaqverdiyev haqqında məqalələr yerləşdirilib. Məqalələrdə milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə məlumatlar əksini tapıb. Məqalələrlə daha ətraflı aşağıdakı liknlərdə tanış olmaq mümkündür. https://en.wikipedia.org/wiki/Alakbar_Aliyev? https://en.wikipedia.org/wiki/Fakhraddin_Shahbazov? https://en.wikipedia.org/wiki/Sarkhan_Ojaqverdiyev? “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən müxtəlif dillərdə olan “Vikipediya”larda digər milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: