“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda tədbir keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda tədbir keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, böyük dövlət xadimi Heydər Əliyev ömrünü Azərbaycan xalqına, onun rifahının yüksəlməsinə, dünya xalqları arasında şərəfli yer tutmasına, elmin, təhsilin və mədəniyyətin inkişafına sərf edib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində elmə böyük qayğı göstərib. Ulu öndərimizin 7 avqust 2002-ci il tarixdə AMEA Naxçıvan Bölməsinin yaradılması barədə verdiyi Sərəncam regionun müxtəlif yönlü problemlərinin araşdırılıb öyrənilməsinə, burada gənc istedadların elm sahəsinə daha geniş cəlb olunmasına şərait yaradıb. Elm tariximizdə misilsiz dəyərə malik olan bu sənəd qədim Naxçıvan diyarının zəngin elm mərkəzlərindən birinə çevrilməsinə real imkanlar açıb. Beləliklə, istər sovet hakimiyyəti illərində, istərsə də milli müstəqillik dövründə elm siyasəti Heydər Əliyevin milli quruculuq siyasətinin tərkib hissəsi olub.

Vurğulanıb ki, ulu öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerini tutmasına xidmət edir.                                 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: