“Naxçıvan” Universitetində “Heydər Əliyev təqaüdü” təsis edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Naxçıvan" Universitetində ali təhsilində yüksək nəticə əldə etmiş tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilib.

“Naxçıvan” Universitetində bu münasibətlə keçirilən tədbirdə rektor Anar Kazımov bildirib ki, “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı ali təhsil ocağının Tədbirlər Planında öz əksini tapıb.

Qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Fəaliyyətinin bütün dövrlərində Heydər Əliyev canından əziz bildiyi doğma vətəninin və xalqının mənafelərini daim müdafiə edib, respublikamızın inkişafı üçün böyük işlər həyata keçiribdir. Rektor universitetdə “Heydər Əliyev təqaüdü”nün təsis və təqdim edilməsini tələbələr üçün təhsil mühitində əlavə stimul kimi qiymətləndirib.

“Heydər Əliyev təqaüdü” "Naxçıvan” Universitetinin hər fakültəsindən bir nəfər olmaqla ali təhsillərində yüksək göstəriciləri olan tələbələrə verilib. Universitetin 4 tələbəsi -  Minə Abdullayeva, Turac Zeynalov, Nursel Həsənzadə və Gülşən Əhmədova “Heydər Əliyev təqaüdü”nə layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: