NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev artıq üçüncü ildir keçirilən konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı Azərbaycan dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından universitetin qarşısına daha məsuliyyətli vəzifələr qoyur. Gələcəkdə bu istiqamətdə müvafiq araşdırmalar aparılmalıdır.

“Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil problemi”ndən söz açan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbülfəz Quliyev qeyd edib ki, Azərbaycan dilçilik elminin böyük bir dövrü Yusif Seyidovun adı ilə bağlıdır. Dilimizdə qrammatik təhlilin bədii materiallar əsasında aparılması, söz birləşmələri ilk dəfə məhz  görkəmli alim tərəfindən araşdırmaya cəlb olunub.

Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Sədaqət Həsənova unudulmaz şair İslam Səfərlinin yaradıcılığı əsasında Azərbaycan bədii dilinin özəlliklərindən danışıb.

Sonra konfrans 4 bölmə iclası ilə işini davam etdirib. Bölmə iclaslarına Naxçıvan Dövlət Universiteti, AMEA-nın Dilçilik, Ədəbiyyat İnstitutları, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Naxçıvan bölməsi, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutundan professor-müəllim heyəti, doktorant və dissertantlar qatılıb.

Konfransda ümumilikdə 46 çıxış dinlənilib.                                                                 

 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: