2060-cı ilə qədər ömür uzunluğu 150 yaşadək artacaq

A- A A+

Corcia (ABŞ) Universitetindən olan alimlər ömür uzunluğu ilə bağlı tədqiqat aparıblar və onun durmadan artdığını aşkar ediblər. Hesablamalara görə, artıq növbəti 40 ildə yeni rekordlara imza atılacaq - insanlar 150 ilə qədər yaşaya biləcək. Modelləşdirmə həmçinin göstərir ki, bu hələ mümkün olan maksimal yaş deyil.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bəşəriyyətin gələcəyinə nəzər salmağa qərar vermiş müəlliflər hesab edirlər ki, son iyirmi beş il ərzində 122 il yaşayan fransalı Janna Luiza Kalmanın (1997-ci ildə vəfat edib) rekordunu hələ heç kim qırmayıb. Onun yaşı insanlar üçün yaş həddi hesab olunur.

Yeni tədqiqatda komanda bu iddiaya şübhə ilə yanaşıb və limitə hələ nail olunmadığını göstərib. Alimlər tərəfindən sırf riyazi iş görülüb: onlar 19 sənaye nöqteyi-nəzərdən inkişaf etmiş ölkədə 1700-cü və 1900-cü illərin sonu arasında dünyaya gələn yüz milyonlarla insanın ölüm halları ilə bağlı məlumatları təhlil etmək üçün mövcud modeli dəyişdirib.

Əsas məsələlərdən biri - zamanla, xüsusilə də 50-100 yaş arası qrupda insanlarda ölüm halı göstəricilərinin necə dəyişdiyi olub. Model qanunauyğunluqlar aşkar edib və onların əsasında insanın gələcəkdə potensial yaşını proqnozlaşdırıb. Xüsusən, komanda müəyyən edib ki, 1900-cü ilə qədər dünyaya gəlmiş insanlar üçün yaş həddi hələ də qüvvədə qalır.

Lakin artıq 1910–1950-ci illərdə dünyaya gələnlər üçün ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb. Ehtimal edilir ki, bu ictimai səhiyyə və tibbi texnologiyalar sahəsində islahatların birinci dalğası ilə əlaqədar ola bilər. Alimlər hesab edirlər ki, tədqiqatla əhatə olunan əksər ölkələr üçün maksimal yaş gələcəkdə kəskin artacaq.

Lakin bəzi ekspertlər tədqiqatın nəticələri ilə razılaşmayaraq bildirirlər ki, bu araşdırma sırf riyazi və demoqrafik xarakter daşıyır və qocalmanın biologiyasını nəzərə almır. Misal üçün, insan orqanizminin hüceyrələri xərçəng kimi yaş xəstəliklərinə meyillidir. Bundan başqa, ömür uzunluğuna təsir edən tibbi nailiyyətlər nəzərə alınmır.

Tənqidçilər hesab edirlər ki, bu cür proqnozlar yalnız böyük qrup canlı varlıqların iştirakı ilə aparılan tədqiqatların əsasında verilə bilər, çünki ömrün uzunluğu bioloji kateqoriyadır. Müəlliflər iradla razılaşaraq qeyd ediblər ki, riyazi model yenə də ölüm halları ilə bağlı tarixi məlumatlara əsaslanan çox faydalı məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: