Dövlət İmtahan Mərkəzi kolleclərə hazırlaşanlar üçün online sınaq imtahanı təşkil edir

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ilin buraxılış imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə online sınaq imtahanı təşkil edir.

NUHÇIXAN xəbər verir ki, 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər sınaq imtahanında iştirak edə bilərlər. Online sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 2017-ci il buraxılış imtahanının (9 illik təhsil bazasında) ikinci mərhələsində istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) üzrə online sınaq imtahanı http://otk.azportalına yerləşdirilib. 11-ci sinif üzrə buraxılış imtahanlarına aid materiallar isə yaxın günlərdə portala yerləşdiriləcək. Şagirdlər yekun qiymətləndirmə, abituriyentlər isə kolleclərə və ya V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.

Abituriyentlər online imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş online sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: