AMEA Naxçıvan Bölməsində növbəti elmi konfrans keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti elmi konfrans keçirilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ana dilimizin dövlət dili səviyyəsinə yüksəlməsində, ədəbiyyat və incəsənətimizin dünya səviyyəsində təbliği sahəsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Ulu öndər Azərbaycanın ictimai-fəlsəfi fikrini zənginləşdirən mütəfəkkir, yazıçı və şairlərin ədəbi-bədii yaradıcılığına həmişə yüksək qiymət verib, onların milli məfkurə irsinin və bəşəri ideyalarının Azərbaycanın mənəvi sərvətinə çevrilməsinə hərtərəfli diqqət və qayğı göstərib.

Konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ümummilli lider Heydər Əliyev və türk dünyası”, İnstitutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru, dosent  Ramiz Qasımovun “Ulu öndər Heydər Əliyev və milli  ideologiya”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın  “Ümummilli lider Heydər Əliyev və folklor”, aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” mövzularında məruzələri  dinlənilib.

     Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: