Dilçi alimlər mübahisəli leksik vahidlərin orfoqrafiyasını sabitləşdirməyə müvəffəq olublar

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin əməkdaşları yeni nəşr olunacaq “Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi, yeniləşdirilməsi üçün bütün imkanlarını səfərbər ediblər.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, 2018-ci il ərzində görülən davamlı işlər nəticəsində şöbənin əməkdaşları mübahisə doğura biləcək leksik vahidlərin orfoqrafiyasını sabitləşdirməyə, variantlılıq hallarını aradan qaldırmağa, yeni yaranan sözləri lüğətə daxil etməyə müvəffəq olublar. Onlar artıq 2019-cu ildə normativ bir orfoqrafiya lüğətini nəşr etdirmək əzmindədirlər. Hazırda tərtibçilər lüğətin bütün hərflərini diqqətlə yoxlayırlar. Bu mərhələdən sonra şöbə müdiri, professor İsmayıl Məmmədli tərəfindən lüğətin redaktə olunub son variantda təhvil verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, sentyabrın 13-də AMEA-nın Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib. İclasda bildirilib ki, orfoqrafiya məsələləri ilə bağlı mətbuatda 300-dən artıq məqalə dərc edilib. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb, ictimaiyyət öz fikrini bölüşüb. Yeni orfoqrafiya qaydaları təsdiq olunarkən dildə gedən proseslərin, ictimai və mütəxəssis rəylərinin, eləcə də dilin özünün uyğunluğu nəzərə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: