Bağça tərbiyəçilərinin 2026-cı ilədək sertifikasiyaya cəlb olunması nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova deyib. Onun sözlərinə görə, bu istiqamətdə iş başlayıb və müvafiq normativ sənədlər hazırlanır.