Dövlət İmtahan Mərkəzi onlayn sınaq imtahanı təşkil edir

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə oktyabrın 28-də keçirilən sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, sınaq imtahanında istifadə olunan test tapşırıqları 2019-cu il üçün qəbul imtahanı modelinə uyğundur. Hazırda I, II və III ixtisas qrupları üzrə sual kitabçaları (Azərbaycan bölməsi) otk.az portalına yerləşdirilib. IV ixtisas qrupu üzrə kitabça gün ərzində sayta əlavə olunacaq.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: