Şərur məktəblisi buraxılış imtahanında Naxçıvan üzrə ən yüksək nəticə göstərib

A- A A+

Dövlət İmtahan Mərkəzi 12 mart 2023-cü il tarixdə XI siniflər üzrə  keçirilən buraxılış imtahanının nəticələrini elan edib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yüksək nəticə göstərən abituriyentlər arasında Naxçıvan Muxtar Respublikasının məktəbliləri də vardır.

Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin şagirdi Mikayıl Cəfərli buraxılış imtahanında Azərbaycan dili fənnindən 97, İngilis dili və Riyaziyyat fənlərindən isə 100 bal olmaqla, ümumilikdə, 297 bal toplayıb. Mikayıl Cəfərli muxtar respublika məktəbliləri arasında ən yüksək nəticəni göstərən abituriyentdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: