“Naxçıvan” Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTOLAR

A- A A+

“Naxçıvan” Universitetində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun banisidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr sektorundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransda universitetin rektoru, dosent Anar Kazımov müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib.

“Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov ümummilli liderin müstəqil dövlətimizin qurulmasında və inkişafında müstəsna xidmətləri, onun zəngin siyasi irsi, dövlət idarəçiliyi haqqında danışıb. Faiq Səfərov müəllifi olduğu “Qanunçuluq və hüquq düşüncəsi” kitabını universitetin Elmi Kitabxanasına hədiyyə edib.

Daha sonra, Ümumi tarix və beynəlxalq münasibətlər kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İcra məmuru Yunis Xəlilovun “Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının memarıdır” mövzusunda məruzəsi dinlənilib. Yunis Xəlilov dahi şəxsiyyətin misilsiz xidmətləri nəticəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılmasındakı rolundan bəhs edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: