Naxçıvan Dövlət Universitetində 9 Noyabr-Bayraq günü qeyd olunub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində 9 Noyabr-Bayraq gününə həsr olunmuş konfrans keçirilib.  Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında iştirakçılara geniş məlumat verib. Vurğulanıb ki, 1991-ci ildə Azərbaycan Respublikası Dövlət müstəqiliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Digər çıxış edənlər Naxçıvan şəhərində  Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması və  Dövlət Bayrağı gününün təsis edilməsi zərurətindən  danışıblar.

Tədbir universitetin İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: