Peşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. Həmçinin peşə təhsili müəssisələrində təhsil alanlara akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.