Naxçıvanda 9-cu sinfi bitirənlər buraxılış imtahanı verib

A- A A+

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun NUHÇIXAN İnformasiya Agentliyinə verdiyi məlumata görə, muxtar respublikada imtahanlarda 4653 şagird iştirak edib. İmtahanlar Naxçıvan şəhəri üzrə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 5, 11, 14 və 15 nömrəli tam orta məktəblərdə keçirilib.

Rayonlar üzrə isə Şərur rayonunda 1, 2 nömrəli və Zeyvə kənd tam orta məktəblərində, Babək rayonunda 1 nömrəli, Şıxmahmud, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəblərində, Ordubad rayonunda 3 nömrəli, Dəstə kənd tam orta məktəbi, Culfa rayonunda 2, 3 nömrəli, Şahbuz rayonunda 1 nömrəli, Kəngərli rayonunda Xök, Sədərək rayonunda Sədərək kənd 1 nömrəli tam orta məktəblərdə keçirilib.

Bir mərhələdə keçirilən imtahana 3 saat vaxt ayrılıb. Bu vaxt çərçivəsində şagirdlər 3 fənn - Azərbaycan dili, Riyaziyyat və Xarici dil üzrə ümumi orta təhsil səviyyəli buraxılış imtahanı veriblər. Şagirdlərə müvafiq fənlər üzrə ümumilikdə qapalı və açıq tipli 85 sual təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: