AMEA Naxçıvan Bölməsində “Elmi əsərlər”in yeni nömrəsi çapdan çıxıb

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Elmi əsərlər” jurnalının yeni sayında məqalələr “Azərbaycan mədəniyyətinin paytaxtı – Şuşa: tarixi və müasir vəziyyəti”, “Zeyvə” adlı yaşayış məskənləri sufiliklə bağlı mərkəzlərin yadigarı kimi”, “Əkbər xan Naxçıvanski”, “Gəmiqaya təsvirlərində şumer mifologiyasının izləri”, “Naxçıvan nekropolunun antik dövrə aid küp qəbirləri”, “Naxçıvan şivələrində karlaşma hadisəsinin təzahür formaları”, “Qarabağlar kəndində yeni memarlıq kompleksi”, “Muğamların müqayisəli tədqiqi məsələləri”, “Azərbaycanda qaçqın teatrları”, “Biznesdə strategiya seçimində istifadə olunan üsullar” və digər mövzuları əhatə edir.

Həmçinin jurnalın “Biblioqrafiya” bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Taylan Sorqunun “Bitməyən savaş” kitabı Əbülfəz Quliyevin tərcüməsində” başlıqlı resenziyası oxuculara təqdim olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: