Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş aktivliyi artıb. Hazırda Günəşin səthində 5 ləkə qrupu və 99 ləkə var. Bəzi ləkələr mərkəzi meridiana yaxınlaşdığından kosmik havanın aktiv olacağı gözlənilir.
Mayın 4-də baş vermiş tac kütlə atılmasının təsiri ilə mayın 6-dan geomaqnit qasırğası başlayıb, G2 səviyyəsinə kimi yüksəlib və hazırda davam edir.
Proqnoz günlərində C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif isə 15 faiz təşkil edir.
Növbəti günlərdə qasırğanın G3 (güclü) səviyyəsinə qədər yüksəlmək ehtimalı var. Ümumilikdə isə kosmik hava mayın 10-dək qeyri-sabit olacaq.