Təhsil Tələbə Krediti Fondu tələbələrlə görüşü keçirib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun tələbələrlə görüşü keçirilib.

Görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.

Universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən Təhsil Tələbə Krediti Fondu ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən müddət ərzində ümumilikdə 364 tələbə kreditlə bağlı müraciət edib ki, bunun 101 nəfəri sosial, 181 nəfəri isə standart olmaqla, 282 tələbənin krediti rəsmiləşdirilib, 9 tələbənin kreditinin rəsmiləşdirilməsi üçün müraciət edilib.

Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov bildirilib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. 

Diqqətə çatdırılıb ki, kreditlər veriləndə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

Görüşdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Pərviz Hacılı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: