Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib

A- A A+

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan Muxtar Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirib.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun NUHÇIXAN İnformasiya Agentliyinə verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanlar Naxçıvan şəhər 5, 14 və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib. Naxçıvanda keçirilən imtahanda 928 nəfər iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: