Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır

A- A A+

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Günəşin aktivliyi əvvəlki tempdə davam edəcək. Hazırda Günəşin səthində 7 ləkə qrupu və 109 ləkə var.

Günəş küləyi sürətini saxlayaraq ~550 km/san ətrafında olub. Hazırda planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.47 nT, radial istiqamətdə isə 2.24 nT təşkil edir.

Geomaqnit sahəsi sakitdir (1 Kp).

Mayın 15-dən 21-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 15 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin proqnoz dövründə mayın 16-dək fon səviyyəsində qalacağı, sonra isə Tac Kütlə Atılmalarının təsiri ilə yüksələ biləcəyi gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1 faiz təşkil edir. Günəş küləyinin sürətinin normala dönəcəyi, mayın 12-də baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə mayın 16-dan başlayaraq yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mayın 16-dan başlayaraq proqnoz dövrünün sonunadək qeyri-stabil olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: