Azərbaycanda ilk dəfə məhkəmə arxeologiyası mövzusunda beynəlxalq konfrans keçiriləcək

A- A A+

Mayın 23-24-ü tarixlərdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçiriləcək.

Akademiyadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, elmi konfransın məqsədi məhkəmə arxeologiyası və məhkəmə antropologiyası sahələrində çalışan Amerika Birləşmiş Ştatları, Argentina, Bosniya və Herseqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi işçiləri bir araya gətirərək qeyd edilən sahələrin beynəlxalq standartlar, multidissiplinar çərçivə və humanitar yanaşma tətbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulması və inkişaf etdirilməsidir.

Konfransda iki yüzdən çox iştirakçı bir araya gələrək bu önəmli mövzularda bilik və təcrübələrini bölüşə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: