“Heydər Əliyevin dövlət idarəçilik konsepsiyası” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin əməkdaşları, universitetin pedaqoji heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin dekanı Əşrəf Ələkbərov ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar keçirilən tədbirlərin müstəsna əhəmiyyətindən bəhs edib, ulu öndərin Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışıb.

Sonra Ədliyyə Nazirliyinin əməkdaşları Səttar Zamanov, Ələkbər Hüseynov, universitetin kafedra müdiri Flora Kərimova və tələbələr çıxış ediblər.

Çıxışlarda  Heydər Əliyevin dövlət idarəçilik ideyaları, onun zəngin idarəçilik məktəbi barədə məlumat verilib. Heydər Əliyevin dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edən ixtisaslı və peşəkar kadrların hazırlanması istiqamətində gördüyü işlərdən bəhs edilib.

Məruzəçilər əbədiyaşar liderin həyat yoluna nəzər salıb, onun bütün fəaliyyət dövründə xalqına bağlılığı, milli dövlətçiliyə sadiqliyini nümayiş etdirən faktlardan danışıblar. 

Tədbirin sonunda  ulu öndər Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan videoçarxa baxış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: