AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Qərbi Azərbaycan mədəni-ədəbi mühiti: öyrənilməsi və qarşıda duran vəzifələr” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev ötən il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmağını və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdüyünü xatırladıb. Qeyd edib ki, həmin görüşdə ölkə başçısının da dediyi kimi,Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”. Ötən əsrin əvvəllərindən başlayaraq soydaşlarımız bu ərazilərdən deportasiya ediliblər. Dövlətimiz tərəfindən Qərbi azərbaycanlıların hüquqlarının bərpa edilməsi və onların öz doğma torpaqlarına qayıtması məqsədilə mühüm işlər görülür. Ötən il “Qərbi Azərbaycan İcması” yaradılıb, bu il isə Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib. Konsepsiyanın məqsədi indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir.

İsmayıl Hacıyev deyib ki, bölmədə Qərbi Azərbaycanla bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Əbülfəz Quliyev “İrəvan mədəni-ədəbi mühiti” mövzusunda çıxış edib. Bildirib ki, ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində apardığı soyqırımı və deportasiya siyasəti İrəvanın ictimai-siyasi, ədəbi-mədəni mühitinə də böyük zərbə vurub. Tarix boyu İrəvanda, o cümlədən Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan maddi - mənəvi mədəniyyət abidələri, o cümlədən, İrəvan qalası, Sərdar sarayı dağıdılıb. İrəvan ziyalılarının XX əsrin 20-50-ci illərində topladıqları folklor nümunələrinin böyük əksəriyyəti itib batıb, dövrümüzə gəlib çatmayıb. Sovet hakimiyyəti illərində İrəvandakı Azərbaycan dilində bədii əsərlərin nəşr olunması işinə maneçilik törədilib.

Əbülfəz Quliyev qeyd edib ki, bütün dünyaya bu torpaqların bizim tarixi torpaqlarımız olduğunu sübut etmək üçün Qərbi Azərbaycan mədəniyyətinin tarixi haqqında tədqiqat işləri aparmaq olduqca vacibdir.

Sonra İnstitutun digər əməkdaşlarının çıxışları dinlənilib. Ermənilər tərəfindən tarixin saxtalaşdırılması, qədim türk yaşayış məntəqlərinin adlarının dəyişdirilməsi, Dərələyəz mədəni-ədəbi mühiti, Qərbi Azərbaycan şivələrinin öyrənilməsi məsələlərindən bəhs edilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: