Əlyazmalar İnstitutu “Əcaib əl-məqdur” əsərinin dilimizə tərcüməsinin surətini əldə edib

A- A A+

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Tehranın Məclic Kitabxanasından XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəbşahın (1392-1450) Əmir Teymurun hakimiyyətinə həsr olunmuş “Əcaib əl-məqdur” əsərinin Seyid Hüseyn adlı şəxs tərəfindən dilimizə tərcüməsinin surətini əldə edib.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, 1392-ci ildə Dəməşqdə dünyaya gələn Əhməd ibn Məhəmməd ibn Ərəbşahı Teymur uşaq ikən Səmərqəndə aparıb. O, Teymurun ölümündən sonra Səmərqənddən gedərək bir müddət Osmanlı imperatoru I Mehmedin yanında xidmət edib, sonra Teymurun hakimiyyətinə dair “Əcaib əl-məqdur” adlı əsər yazıb. Qısa müddətdə məşhur olan əsər 1636-cı ildə ərəb dilində Leydendə, 1658-ci ildə fransız dilində Parisdə çap edilib. Əsərin Seyid Hüseyn tərəfindən dilimizə tərcümə olunmuş 141 vərəqdən ibarət əlyazmasını paleoqrafik cəhətdən XVIII əsrə aid etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: