NDU-da Elektronika və STEAM mərkəzi yaradılıb - FOTOLAR

A- A A+

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildrilib ki, mərkəzin açılışında iştirak edən ali təhsil ocağının rektoru Elbrus İsayev Elektronika və STEAM mərkəzinin yaradılmasının  elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin əyani təzahürü olduğunu deyib. 

Qeyd edib ki, mərkəzdə İnformasiya texnologiyaları, Komputer mühəndisliyi, Elektrik və elektronika, Elektroenergetika, Proseslərin avtomatlaşdırılması ixtisaslarında oxuyan tələbələr öz biliklərini tətbiq edəcəklər.

Fakültənin dekanı, professor Cavanşir Zeynalov Elektronika və STEAM mərkəzi  haqqında məlumat verib. Vurğulanıb ki, STEAM dərslərinin tədrisində “3D çap”, “Microbit və arduino ilə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Robototexnika”, “Tədris dronları” mövzuları tədris olunacaq. Tələbələr bu mərkəzdə biliklərini zənginləşdirəcək, ideyaları ilə texnoloji layihələr reallaşdıracaq, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq, nəticədə sənayeyə hazır məhsul təklif edə biləcəklər.

Sonra tələbələrin 30-a yaxın kompozisiya, bərpa işi, kənd memarlığı, şəhərsalma, ilk dəfə olaraq 3D qrafikadan hazırlanmış memarlıq layihələrinin nümayiş olunduğu “Memarlıq və Elektronika” sərgisinə baxış olub.

Sonda rektor ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən sərgidə fəal iştirak etdiklərinə görə bir qrup tələbəni təşəkkürnamə ilə təltif edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: