AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev gündəliyə çıxarılan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin “Dövlət qurumlarında mövcud vəziyyətin təhlili ilə əlaqədar keçirilən sorğuda iştirakla bağlı” məktubunun icrası, AMEA Naxçıvan Bölməsində 2023-cü ilin ikinci rübündə görülmüş və rübün sonunadək yerinə yetirilməsi nəzərdə tutulan işlər, eləcə də “AMEA Naxçıvan Bölməsinin Biblioqrafik göstəriciləri - 2022” kitabının nəşri barədə məlumat Rəyasət Heyətinə təqdim edilib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov dövri mətbuatda fəallığına görə AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edilib.

Daha sonra AMEA Naxçıvan Bölməsində vakant vəzifələrə qəbul üçün müraciət edən şəxslər barədə məlumat verilib. Bölmədə yaradılmış Müsahibə Komissiyasının rəyinə əsasən müraciət edənlərin uyğun vəzifələrə təyin olunduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: