Azərbaycan-ABŞ arxeoloqları Sədərəkdə tədqiqat aparır - VİDEO
Ötən il Sədərək rayonu ərazisindəki Kültəpə qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar nəticəsində Cənubi Qafqazda Dəmir dövrünün ən böyük və ən qədim şəhər yeri aşkarlanmışdı.
AMEA və ABŞ-nin Pensilvaniya Universitetinin arxeoloqları tərəfindən ərazidə bu il də arxeoloji qazıntılar aparılır, aşkar olunan qədim şəhər strukturları öyrənilir.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Mədinə Rəhimli