Naxçıvanda tibb işçilərinin işə qəbul imtahanları keçirilib

A- A A+

Səhiyyə müəssisələrinin kadr ehtiyacının təmin edilməsi və ixtisaslı kadr potensialının komplektləşdirilməsi məqsədilə dövlət səhiyyə müəssisələrinə işə qəbul üçün növbəti müsabiqə keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  385 vakant vəzifənin çıxarıldığı müsabiqədə iştirak etmək üçün 136 namizəd müraciət edib. Müsabiqədə namizədlərin 132-si orta ixtisas tibb işçisi, 4-ü isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib. Ən sıx müsabiqə vəziyyəti Nehrəm qəsəbə sahə xəstəxanasında mama (32) və Gülşənabad kənd feldşer-mama məntəqəsində tibb bacısı (35) vəzifələri üzrə yaranıb.

İki mərhələdən ibarət olan imtahanın test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. İmtahan suallarının klinik tapşırıq hissəsi isə namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçirilib. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssislər tərəfindən 5 ballıq sistem əsasında qiymətləndirilib. Klinik tapşırıq hissəsi üzrə 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunublar.

Qeyd edək ki, imtahanın test mərhələsində keçid balını toplayan 106 namizəddən 104 namizəd klinik tapşırıq mərhələsində iştirak edib. İştirak edənlərdən həkim vəzifələri üzrə 1, orta ixtisas tibb işçisi vəzifələri üzrə 74 namizəd uğur qazanıb, onların sənədləri aidiyyəti üzrə göndərilib. Qanunvericiliyə əsasən namizədlər arasında vakant vəzifə üzrə ən yüksək bal toplamış şəxslər müvafiq vəzifəyə təyin ediləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: