Ötən ay 68 nəfərə elmi dərəcə verilib

A- A A+

May ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından NUHÇIXAN-a bildirilib ki, ötən ay 49 nəfərə fəlsəfə doktoru, 13 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina cavabı gəlib.

May ayı ərzində 26 nəfərə dosent, 6 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 1 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

Nostrifikasiya və təkrar attestasiyadan keçən 5 nəfərə fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru adı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: