Ötən ay xaricdə təhsil alan 632 nəfərin diplomu tanınıb

A- A A+

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayında tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən NUHÇIXAN-a bildirilib ki, ötən ay 734 nəfərin müraciətindən 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 328, Rusiyadan 151, Türkiyədən 109, Gürcüstandan 54, Belarusdan 30, digər ölkələrdən isə 62 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 95, iqtisadiyyat üzrə 80, hüquqşünaslıq üzrə 69, menecment üzrə 44, bizensin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.

Sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: