Abituriyent 61-ci komissiya üzrə yalnız bir idman növü seçə bilər

A- A A+

Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarına qeydiyyat 3 komissiya (61, 62 və 63) üzrə aparılır. 61-ci komissiya (ixtisas imtahanı) üzrə qeydiyyatdan keçmiş abituriyentlər komissiya daxilində seçdikləri idman növünə müvafiq normativdən imtahan verir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, abituriyent 61-ci komissiya üzrə yalnız bir idman növü seçə bilər. 62-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər yalnız bir dəfə ümumi fiziki hazırlıqdan imtahan verir. Abituriyentin komissiya üzrə imtahan nəticəsi bütün ixtisaslara aid edilir və normativ tələblərinə uyğun olaraq hər bir ixtisas üzrə məqbul və ya qeyri-məqbul ilə qiymətləndirilir. 63-cü komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər həmin komissiya üçün müəyyən edilmiş vahid normativlər əsasında ümumi fiziki hazırlıq imtahanını verir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xüsusi qabiliyyət tələb edən ixtisaslar 6 istiqamətdə - təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, jurnalistika, bədən tərbiyəsi və idman üzrə qruplaşdırılır.

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron qeydiyyatı davam edir. Abituriyentlər və subbakalavrlar iyunun 5-dək “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: