Ali təhsil ocağında elmi-praktik konfrans keçirilib

A- A A+

Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsinin “Naxçıvan Muxtar Respublikasında payız mövsümünün başlıca dərman bitkiləri” mövzusunda elmi-praktik konfransı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə  universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasının özünəməxsus torpaq-iqlim xüsusiyyətlərinin, günəşli günlərin çoxluğunun burada zəngin floraya malik bitki örtüyü formalaşdırdığını bildirib. Rektor gələcəyin əczaçılarına muxtar respublikanın zəngin bitki örtüyünü dərindən öyrənmələrini tövsiyyə edib.

“Təməl tibb fənləri” kafedrasının müəllimi Mürsəl Seyidov “Naxçıvan Muxtar Respublikasında payız mövsümünün başlıca dərman bitkilərinin yayılma vəziyyəti və bioloji xüsusiyyətləri”ndən bəhs edib.

Əczaçılıq ixtisası üzrə təhsil alan tələbələr müxtəlif meyvələr və dərman bitkiləri haqqında məlumat veriblər. Qeyd olunub ki, müasir dövrdə kimya-əczaçılıq sənayesi tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin xammalı təşkil edir.

Sonda dərman bitkilərindən hazırlanmış müxtəlif yeməklər, şirniyyatlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: