Dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərin nəzərinə

A- A A+

Ali təhsil səviyyəsinin dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı komissiyalarında qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, imtahanın nəticələri 3 gün ərzində elan olunur və DİM-in saytında – hər bir imtahan iştirakçısının müvafiq Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçdiyi səhifəsində yerləşdirilir.

İki fəndən imtahanı olan QİK üzrə qeydiyyatdan keçən abituriyentlərə hər imtahan fənni üçün ayrıca buraxılış vərəqələri verilir. Təsviri sənət istiqamətinin iki fənn üzrə (rəsm və rəngkarlıq) imtahanı olan komissiyaları bunlardır: Rəngkarlıq, Qrafika, Dekorativ tətbiqi sənət, Heykəltəraşlıq. Dizayn və təsviri incəsənət müəllimliyi komissiyaları üzrə qeydiyyatdan keçən abituriyent yalnız bir imtahan - rəsm imtahanı verir.

Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə müvafiq fənlər üzrə bir komissiyadan alınan müsbət qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur. Ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət və memarlıq” istiqamətləri üzrə nəşrdə verilib.

Dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə rəsm imtahanlarının keçirilməsi cədvəli DİM-in saytında yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: