2023-2024-cü tədris ilində magistratura üzrə 6478 qəbul yeri ayrılacağı proqnozlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bakalavriat üzrə dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8 faiz artırılaraq 27 min 691 yerə çatdırılıb.