Bu gün muxtar respublikanın 212 ümumtəhsil məktəbində son zəng çalınacaq.
NUHÇIXAN xəbər verir ki, 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini ümumi orta təhsil bazasından 4 677, tam orta təhsil bazasından isə 3 166 şagird bitirir.
Qeyd edək ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə iştirak edəcək.