Elm və təhsil naziri Emin Əmrullayevin Naxçıvana səfəri başlayıb - YENİLƏNƏCƏK - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.     

Səfər çərçivəsində qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeyin eksponatları ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə iştirak ediblər. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşürlər. Həmçinin "STEAM Təlim-Tədris Mərkəzi"nin açılışında iştirak edəcəklər.  

Günün ikinci yarısında Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə xatun türbəsi və Açıq Səma Altındakı Muzey Kompleksi ilə tanışlıq olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: