Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu (Software Engineering Institute) yaradılacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə dünyanın İT sahəsi üzrə nəhəng şirkəti olan IBM arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Müqavilə dünyadakı universitetlərlə davamlı əlaqələr qurmaq, IBM-in 170 ölkəni əhatə edən Qlobal Ekosistemi ilə uyğunlaşmaq məqsədi daşıyır. Müqaviləyə əsasən IBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu (Software Engineering Institute) yaradılacaq.

Proqramlaşdırma Mühəndisliyi İnstitutunun akademik və əməkdaşlıq maraqları ilkin olaraq Süni intellekt, Bulud texnologiyaları, Kiber təhlükəsizlik, Məlumatlar bazası, Dizayn düşüncəsi, Kvant fizikası sahələrinə yönələcək.

Müqavilənin bağlanmasında əsas məqsədlərdən biri də, IBM tərəfindən universitetin texnologiya həllərinə çıxış imkanlarını artırmaq və bu sahədə yeni kadrlar hazırlamaqdır. Qeyd edək ki, IBM innovasiya yönümlü layihələrin dəstəklənməsində və inkişaf etdirilməsində universitetlə əməkdaşlıq edəcək, müasir innovativ ideyaları paylaşaraq, strateji problemlərə uyğunlaşdırılmış daha geniş tədqiqatçıların yetişdirilməsinə dəstək göstərəcək.

Bütün bunlar Naxçıvan Dövlət Universitetində elmtutumlu layihələrin artırılmasına, ixtisaslı kadrların yetişdirilməsinə töhfə verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: