Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin Birinci Qurultayı keçiriləcək

A- A A+

Gürcüstanda ilk dəfə Azərbaycandilli Məktəblərin Müəllimlərinin Birinci Qurultayı keçiriləcək.

Bu barədə NUHÇIXAN-a “Maarif” təşkilatının və eyniadlı qəzetin baş redaktoru Ələddin Qarabağlı məlumat verib.

O qeyd edib ki, qurultayın məqsədi Gürcüstandakı azərbaycandilli məktəblərlə bağlı vəziyyəti müzakirə və təhlil etmək, bu məktəblər arasında əlaqələrin inkişafı, şagird və müəllim mübadiləsi istiqamətində fikir mübadiləsi aparmaq və perspektivləri müəyyən etməkdir. Qurultayda Gürcüstanın Təhsil və Elm Nazirliyinin, diplomatik korpusun, “Müəllimlər Evi”nin, Gürcüstan parlamentinin, Gürcüstanın Xalq Müdafiəçisinin (Ombudsman) nümayəndələri, eləcə də Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində dərs deyən müəllimlər iştirak edəcək.

Panel iclaslarda məruzəçilər ana dili, dövlət dili, inklüziv təhsil, ibtidai sinif müəllimləri, müəllimlərin statusları ilə bağlı mövzulara toxunacaqlar.

Qeyd edək ki, qurultay “Maarif” təşkilatı, “SALAM” platforması və “Qafqaz və Hüquq İnteqrasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: