Uşaqlar üçün “Yay məktəbi” başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi kateqoriyadan olan uşaqlar üçün təşkil olunan “Yay məktəbi” başa çatıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkil etdiyi “Yay məktəbi”nin iştirakçıları Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində müxtəlif əyləncə, musiqi, idman, bilik yarışı və təlim proqramlarında iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar üçün Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşa nümayiş etdirilib. 
Bir həftə davam edən layihə çərçivəsində uşaqlar sərbəst vaxt keçirib, Ulu Öndər Heydər Əliyevlə bağlı film izləyiblər. 
Yay məktəbinin sonuncu günündə müxtəlif əyləncəli yarışlarda qalib olan və fəallığı ilə fərqlənən 25 uşaq diplomla təltif ediliblər. 

Məmməd Qurbanlı
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: