Ali təhsil ocağında bilik yarışı keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, Memarlıq və mühəndislik fakültəsində Beynəlxalq tələbə həftəsinə həsr edilən sərgi və bilik yarışması keçirilib.

30 sual olmaqla 2 mərhələdən ibarət olan yarışda 6 komanda iştirak edib. 

Gərgin keçən yarışda I yerə Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, II yerə İnformasiya texnologiyaları, III yerə isə Ekologiya mühəndisliyi ixtisasının tələbələri layiq görülüb.

Sonda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə eyni zamanda “Greenwood” adlı elektron sxem nümayiş olunub. Elektron sxemin əsas mahiyyəti isə eyni anda həm günəş, həm də külək enerjisi əldə etməsi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: