Tələbələr baytarlıq laboratoriyasında olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin tələbələri Dövlət Baytarlıq Xidmətinin iş prosesi ilə tanış olublar.

Universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələrə xidmətin tədris sinfində baytarlıqda laboratoriya işinin təşkili barədə məlumat verilib.

Sonra tələbələr baytarlıq vasitələri ilə əyani tanış olub, süni mayalanma avadanlıqlarına və laboratoriyadakı müayinə-müalicə vasitələri otaqlarına baxıblar. Məlumat verilib ki, bu gün Dövlət Baytarlıq Xidmətinin və onun rayon idarələrinin laborotoriyaları ən müasir avadanlıqlarla təchiz olunub. Tələbələr quraşdırılan avdanlıqların iş prosesi ilə tanış olublar.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: