Ötən il I-IV qrup üzrə qəbul imtahanlarında iştirak edən məzunların 14 faizindən çoxu 0-100 bal toplayıb

A- A A+

Ötən il qəbul imtahanlarında iştirak edən məzunların topladıqları ballar üzrə statistik bölgü açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.

Qeyd edilib ki, I-IV qrup üzrə imtahanlarda iştirak edənlərin 14,66 faizi 0-100, 24,64%-i 100-200, 21,87%-i 200-300, 27,99%-i 300-500, 10,85 %-i isə 500-700 bal toplayıb.

Eyni zamanda, ali təhsil müəssisələrinə I-IV qruplar üzrə qəbul olanların da topladıqları ballar üzrə statistic bölgüsü açıqlanıb. Bildirilib ki, ali məktəblərə qəbul olanların 5,99%-i 150-200, 31,87%-i 200-300, 45,35%-i 300-500, 16,79 faizi isə 500-700 bal toplayıb.

Ötən il V qrup üzrə qəbul imtahanlarında iştirak edən 2022-ci il məzunlarının topladıqları balların bölgüsü də açıqlanıb. İmtahanda iştirak edənlərin 15,25 %-i 0-50, 29,56 %-i 50-100, 26,62 %-i 100-150, 17,26 %-i 150-200, 11,31 %-i 200-300 bal toplayıb.

V qrup üzrə ali məktəblərə qəbul olan 2022-ci il məzunlarının 0,41 %-i 30-50, 21,50 %-i 50-100, 52,55 %-i 100-150, 20,23 %-i 150-200, 5,31 %-i 200-300 bal toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: