DİM: Ötən il subbakalavrların böyük hissəsi mühasibat, iqtisadiyyat və maliyyə ixtisaslarını seçib

A- A A+

Ötən il ali təhsil müəssisələrinə 3583 subbakalavr qəbul olunub. Onların böyük əksəriyyəti (85.63 faizi) I və II qrup ixtisaslarına qəbul olunub.

NUHÇIXAN xəbər verir ki, bu Dövlət İmtahan Mərkəzinin 2022-ci il üzrə imtahan nəticələrini elmi-statistik təhlilində öz əksini tapıb.

Subbakalavrların böyük hissəsi mühasibat (542 nəfər), iqtisadiyyat (535 nəfər), maliyyə (477 nəfər), menecment (254 nəfər), dövlət və bələdiyyə idarəetməsi (162 nəfər), kompüter mühəndisliyi (128 nəfər), informasiya texnologiyaları (118 nəfər), baytarlıq təbabəti (116 nəfər) və məktəbəqədər təhsil (105 nəfər) ixtisaslarına qəbul olub. Bu ixtisaslara qəbul olan subbakalavrlar bütövlükdə ali təhsil müəssisələrinə qəbul olan subbakalavrların 68.02 faizini təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: