“Müqəddimətül-ədəb” əsərinin əlyazmasının surəti əldə edilib - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov tərəfindən Tehranın Məclis Kitabxanasından daha bir əlyazmanın surəti əldə olunub.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, orta əsrlərin görkəmli alimi Carullah Əllamə Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti əldə edilib.
Orta Asiya türklərindən olan müəllifin özünün qeyd etdiyi kimi, bu əsər başqa millətlərə, eləcə də ərəblərə ərəb dilini öyrətmək məqsədilə təxminən 1128-1144-cü illərdə yazılıb. Kitabın lüğət hissəsində ərəb və fars sözlərinin türkcə qarşılığı verilib.