Tələbələr üçün açıq dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Baba Nemətullah Naxçıvaninin həyatı və yaradıcılığı” mövzusunda açıq dərs təşkil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbülfəz Quliyev şərqin böyük filosofu, qədim Naxçıvanın yetirdiyi görkəmli mütəfəkkirlərindən olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı haqqında tələbələrə ətraflı məlumat verib.

Sonda tələbələr Naxçıvanşünaslıq Mərkəzi ilə tanış olublar.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: