Naxçıvanda rezidenturaya qəbul imtahanı keçirilib

A- A A+

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun NUHÇIXAN-a verdiyi məlumata görə, imtahanlar Naxçıvanda saat 10:00-da başlayıb.

Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 4 zalda keçirilib.

İmtahanların keçirilməsinə 1 imtahan rəhbəri və 4 nəzarətçi cəlb olunub, 30 abituriyent iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: