Standart təhsil tələbə krediti almaq istəyənlərin nəzərinə

A- A A+

Təhsil Tələbə Krediti Fondu birinci kursun birinci yarımilində standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən qəbul imtahanı ballarını açıqlayıb.

Fonddan NUHÇIXAN-a bildirilib ki, tələbə qəbulu imtahanında bakalavriat səviyyəsi üzrə 250-700, magistratura səviyyəsi üzrə 50-100, subbakalavr səviyyəsi üzrə 110-300 bal aralığında toplayan namizədlər standart təhsil tələbə kreditindən faydalana bilər.

Qeyd olunub ki, bu qayda yalnız birinci kursun birinci semestri üçün keçərlidir. Sosial standart təhsil tələbə kreditində isə heç bir bal limiti yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: