AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiq edilib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Beynəlxalq Elmi Şuraya üzvlüyü təsdiq edilib. Bu münasibətlə Beynəlxalq Elmi Şuranın prezidenti Peter Qlukman tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təsdiq məktubu göndərilib.

Bu barədə NUHÇIXAN-a AMEA-dan məlumat verilib. Məktubda elmi təşkilatlar arasında əlaqələrin həmişəkindən daha da möhkəmlənəcəyi vurğulanıb. Qeyd olunub ki, Beynəlxalq Elmi Şuranın üzvü olaraq AMEA qlobal çağırışların həllinin təmini məqsədilə səmərəli beynəlxalq əməkdaşlığın təşviqində 250-dən çox beynəlxalq elmi birlik və assosiasiyalar, həmçinin akademiyalar və tədqiqat şuraları daxil olmaqla, milli və regional elmi təşkilatlarla birlikdə dayanır. AMEA hazırda Beynəlxalq Elmi Şuranın tamhüquqlu nüfuzlu üzvüdür və onun Əsasnaməsinə uyğun olaraq, qarşıdan gələn bütün səsvermə prosedurlarında iştirak etmək hüququna malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: