Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

A- A A+

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 25-30-da (saat 23:59-dək) link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu barədə NUHÇIXAN-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən azı 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər/subbakalavrlar iştirak edə bilərlər.

Dövlət İmtahan Mərkəzi hazırda müsabiqə şərtlərini ödəməyən, lakin qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən və I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olacaq abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq onlar ixtisas seçiminə buraxılmayacaq və qabiliyyət imtahanı üçün ödəniş haqqı (varsa) geri qaytarılmayacaq.

Xatırladaq ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2023-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: